İDMAN


Sabirabadda “Şahin” hərbi-idman oyunları üzrə “Zona Turu”nun qalibləri müəyyənləşib

Sabirabad Olimpiya İdman Kompleksində “Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilib. Yarışda Sabirabadla yanaşı ətraf rayonlardan komandalar iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasiminə Gənclər və İdman Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin, Sabirabad rayon Təhsil Şöbəsinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Veteranlar Təşkilatının Sabirabad rayon üzrə təşkilatının nümayəndələri, Vətən müharibəsi qəhrəmanları, qaziləri və komandalar qatılıblar.