Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güləşçilər Xaçmazda Avropa çempionatına hazırlaşırlar

04.05.2022 [13:37]

Xəbərin mətni

Azərbaycanın sərbəst güləş üzrə U-17 yığma komandası aprelin 25-dən Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunda Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq mayın 6-dək davam edəcək.