İDMAN


Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2022” keçiriləcək

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də “Bakı Marafonu-2022” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil ediləcək. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək.
Yarışda iştirak üçün qeydiyyat martın 25-dən mayın 10-dək davam edəcək.