MƏDƏNİYYƏT


Azərbaycanın görkəmli şairi Əhməd Cavadın 130 illiyi Qazaxıstanda qeyd olunub

Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Nur-Sultan şəhərinin yaxınlığındakı “ALJİR” memorial-muzey kompleksində “İstiqlal carçısı Əhməd Cavad – 130” adlı anım tədbiri keçirib.AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və türk ədəbiyyatının böyük nümayəndəsi, Azərbaycan Dövlət Himninin müəllifi, maarifçi, tərcüməçi və pedaqoq, görkəmli ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə təşkil olunub.