Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Daşkənddəki “Altın qalam” milli mükafatının verilməsi mərasimi keçirilib

05.05.2022 [16:28]

Xəbərin mətni

Daşkənddəki “Türküstan” Sənət sarayında ХVI “Altın qalam” milli mükafatının verilməsi münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, hər il keçirilən və Özbəkistanın fəal jurnalistlərinin mükafatlandırılması məqsədilə təşkil edilən mərasimə dövlət və hökumət təmsilçiləri, xarici ölkələrin diplomatik nümayəndəlikləri, jurnalistlər, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.