Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yevlaxda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə konsert təşkil edilib

06.05.2022 [16:57]

Xəbərin mətni

Yevlax şəhərinin mərkəzi meydanında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə konsert təşkil edilib. Konsertdə Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistləri və respublikasının tanınmış müğənniləri çıxış ediblər.