Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın iki böyük prospektini əlaqələndirən küçənin əsaslı təmirinə başlanılıb

10.05.2022 [19:11]

Xəbərin mətni

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə paytaxtın Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1830 metr təşkil edən sözügedən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.