Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Şuşa şəhərlərinə səfəri
Füzuli şəhərində Peşə Liseyinin təməli qoyulub
10.05.2022 [21:44]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuli rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verdi.