MƏDƏNİYYƏT


Azərbaycan “Eurovision 2022” mahnı müsabiqəsinin finalına yüksəlib

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil edilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnını ifa edib.
AZƏRTAC xəbər verir ki, Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ikinci yarımfinalında iştirak edən 18 ölkədən ancaq 10-u final mərhələsinə adlaya bilib.