MƏDƏNİYYƏT


İstanbulda azərbaycanlı rəssamın “Qarabağın mirası” mövzusunda fərdi rəsm sərgisi açılıb

Mayın 12-də İstanbulda azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağın mirası” mövzusunda fərdi rəsm sərgisinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, İstanbulun ən böyük mədəniyyət ocağı olan “Atatürk Mədəniyyət Mərkəzi”ndə təşkil olunan sərgi on gün davam edəcək.
Türkiyə və Azərbaycan Mədəniyyət nazirliklərinin birgə layihəsi əsasında ərsəyə gələn tədbir ölkəmizin İstanbuldakı Baş konsulluğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Mezo digital Art”ın birgə təşkilatçılığı ilə baş tutub.