İDMAN


“Vindzor Kral Atçılıq Şousu”nun birinci günü: Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub

Mayın 12-də Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub. Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu” ta¬ma-şasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.