İQTİSADİYYAT


Bakıda 46-cı “Əl Əməyi, Göz Nuru” satış-sərgisi keçirilir

Bakının mərkəzində yerləşən Park Bulvar ticarət mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə 46-cı “Əl Əməyi, Göz Nuru” qadın sahibkarların əl işlərindən ibarət satış sərgisini keçirilir. Sərgidə 100-dən çox istedadlı qadın sahibkarın hazırladığı müxtəlif məhsullar nümayiş etdirilir və qadın sahibkarlara satış və marketinq səylərini inkişaf etdirməyə köməklik məqsədi daşıyır. Sərgi zamanı nümayiş olunan bütün məhsullar satışa çıxarılıb. “Əl Əməyi, Göz Nuru” sərgisi may ayının 15-nə qədər davam edəcək.