Azərbaycan Dövlət İnformasiya Agentliyi

Britaniya Kraliçasına Azərbaycan Prezidentinin hədiyyə etdiyi “Şöhrət” adlı Qarabağ atı təqdim olunub

16.05.2022 [18:57]

Xəbərin mətni

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.
ARAF-dan AZƏRTAC-a bildirilib ki, Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousunda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi - “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.