Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah bəzi bölgələrdə 30 dərəcə isti olacaq

18.05.2022 [17:19]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-16°, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacaq.