İQTİSADİYYAT


Bakı şəhərində 3 rayon üzrə küçələrin təmiri işləri icra olunur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nizami rayonunda, həmçinin Sabunşu rayonu Bakıxanov və Qaradağ rayonu Lökbatan qəsəbələrində yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan küçələrdə yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. Təmir işləri ümumi uzunluğu 12.8 km olan 10-dan artıq küçəni əhatə edir.