Qusarlı fermerlər intensiv bağçılığa üstünlük verirlər
19.05.2022 [14:55]
Xəbərin mətni
Bağımızdakı ağaclar bir il bundan qabaq əkilib. Əvvəllər burada sovxoz dövründə əkilən iri gövdəli ağaclar vardı. İndi isə fermer təsərrüfatı yaradıb, intensiv bağçılıqla məşğuluq. 1 hektara yaxın bağda 2 min ting əkmişik. Bağımız üçüncü ildə 30, dördüncü ildə isə 50-60 faiz məhsula düşəcək. Köhnə bağlardan 15-20 ton məhsul götürürdüksə, intensiv alma bağlarından 50-60 tona yaxın məhsul yığmaq mümkündür.