İQTİSADİYYAT


“Caspian Agro-2022”: Aqrotexnologiya nəhəngləri Bakıda toplanıb

Ənənəvi olaraq kənd təsərrüfatı istehsal vasitələrinin tədarükçülərı, istehsalçılar, fermerlər və dövlət qurumları arasında təcrübə mübadiləsi, ünsiyyət və səmərəli tərəfdaşlıq platforması kimi özünü doğrultmuş “Caspian Agro” sərgisində 24 ölkədən 449 iştirakçı təmsil olunub. Sərgidə fermerlərə müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumçuluq və tingçilik məhsulları, yemlər və yem əlavələri, suvarma sistemləri, istehsal xətləri və s. kimi yüzlərlə eksponat təqdim edilib. Builki sərgi xüsusi “Smart Agro” konsepti ilə marağa səbəb olub. Türkiyə və İsrailin kənd təsərrüfatı nazirlərinin, eləcə də Gürcüstanın kənd təsəfrrüfatı nazirinin müavininin sərgidə iştirakı buna əyani sübutdur.