İQTİSADİYYAT


Suvarma kanalları və kollektor sistemi lildən təmizlənib, hidrotexniki qurğularda cari təmir işləri görülüb

Cəbrayıl Suvarma Sistemləri İdarəsi ümumilikdə 4809 hektar sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 ədəd nasos stansiyası vasitəsilə həyata keçirilir. Bir ədəd nasos stansiyası rayonun Cocuq Mərcanlı kəndində 417 hektar, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir. Stansiya Araz çayından qidalanır, bunun üçün Araz çayından uzunluğu 4,2 kilometr olan qol çəkilərək stansiyaya birləşdirilib.