İQTİSADİYYAT


Fermerin bütün ehtiyacları bir mərkəzdə - “Caspian Agro 2022” sərgisində

Mayın 18-dən etibarən Azərbaycanda ənənəvi beynəlxalq kənd təsərrüfatı tədbiri olan “Caspian Agro” sərgisinə start verilib. “Baku Expo” sərgi mərkəzində təşkil edilmiş tədbir yerli və xarici şirkətlər, fermerlər, eləcə də aqrar sektorda fəaliyyət göstərən dövlət qurumları tərəfindən böyük maraqla qarşılanıb.