CƏMİYYƏT


Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri icra olunur

Bakı şəhərində və onun qəsəbələrində rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və yolların təmiri istiqamətində tədbirlər davam etdirilir. Cari ilin “İnvestisiya Proqramı” çərçivəsində hazırda Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qala-Pirallahı avtomobil yolunun 8-ci kilometrindən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5,2 kilometr, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır