CƏMİYYƏT


Strateji əhəmiyyətə malik Taxtakörpü Su Anbarı müasirliyi və mükəmməlliyi ilə fərqlənir

Taxtakörpü su anbarı ölkəmizdə mövcud olan ən mühüm hidrotexniki qurğulardandır. Dövlət başçısının sərəncamı və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə 2007-ci ildə tikintisinə başlanılan anbar çox böyük strateji əhəmiyyətə malikdir. Belə ki, son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Bunu Prezident İlham Əliyev də çıxışı zamanı xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, əgər Taxtakörpü su anbarları vaxtında inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır