İQTİSADİYYAT


"TEKNOFEST-Azərbaycan" festivalı çərçivəsində mediatur təşkil edilib

Mayın 26-29-u Bakıda keçiriləcək "TEKNOFEST-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində akkreditasiyadan keçmiş jurnalistlər üçün mediatur təşkil edilib. AZƏRTAC xəbər verir ki, burada əsas səhnə və sərgilərin keçirilməsi üçün xüsusi çadırlar nəzərdə tutulub. Hazırda ərazidə Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin və digər qurumların texnikaları var.