“Liverpul” klubu “Fulhem”in yarımmüdafiəçisini transfer edib
23.05.2022 [19:33]
Xəbərin mətni
İngiltərənin “Liverpul” futbol klubu yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.
AZƏRTAC xəbər verir ki, Mersisayd təmsilçisi “Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyonu heyətinə qatıb. On doqquz yaşlı oyunçu iyulun 1-dən “Liverpul”a qoşulacaq.
Futbolçu “Fulhem”in bu mövsüm yenidən İngiltərə Premyer Liqasına yüksəlməsində pay sahiblərindən biri olub.