İQTİSADİYYAT


Fərid Məmmədov: Bakı Enerji Həftəsinə 30 ölkədən şirkətlər qatılacaq

Bakı Enerji Həftəsinə 30 ölkədən 300 yaxın şirkət iştirakını təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.
Qeyd edək ki, “Bakı Enerji Həftəsi” iyunun 1-dən 3-dək keçiriləcək. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir.