CƏMİYYƏT
Quba və Qusarın yüksək dağlıq ərazilərinə 20 santimetrədək qar yağıb
25.05.2022 [11:07]
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə 20 santimetrədək qar yağıb.Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qırız kəndində qarın hündürlüyü 14 santimetrdir.Xınalıq kənd sakinləri isə bildiriblər ki, hazırda kənddə 10 santimetr hündürlüyündə qar var.Dağlıq ərazilərdə temperatur mənfi 1 dərəcəyədək aşağı düşüb.Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində də 20 santimetr qar qeydə alınıb. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.06.2022 [18:07]
30.06.2022 [17:33]
04.07.2022 [18:03]
08.06.2022 [16:56]
08.06.2022 [13:26]
03.07.2022 [12:59]
30.06.2022 [12:30]
04.07.2022 [15:29]
23.06.2022 [14:55]
02.07.2022 [20:28]
02.07.2022 [19:37]
02.07.2022 [19:02]
02.07.2022 [18:47]
05.07.2022 [08:05]
05.07.2022 [07:18]