Xaçmazda Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri mükafatlandırılıb
25.05.2022 [17:31]
Xəbərin mətni
Xaçmazda Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr olunan şahmat turnirinə 130-a yaxın iştirakçı qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının Sosial komissiyasının layihəsi əsasında təşkil olunan turnir qızlar və qadınlar arasında keçirilib.