CƏMİYYƏT
M1 magistral yolunda yenidənqurma işləri sürətlə və keyfiyyətlə davam etdirilir
27.05.2022 [16:43]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsinin (km 52+000 km 118+000) yenidən qurulması işləri 2022-ci ilin iş planına daxil edilərək icrası sürətlə davam etdirilir.
Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu da qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
01.06.2023 [20:28]
01.06.2023 [20:23]
01.06.2023 [14:52]
01.06.2023 [16:42]
02.06.2023 [18:57]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
03.06.2023 [06:30]
03.06.2023 [06:18]