SİYASƏT


“Texnofest Azərbaycan” festivalı böyük maraqla qarşılanıb

Bakıda keçirilən “Texnofest Azərbaycan” aerokosmik və texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib. Hər iki qardaş ölkənin hərbi təyyarəçilərinin çətin pilotaj manevrlərlə uçuşlarını iştirakçılar alqışlarla qarşılayıblar.