Milli Qəhrəmanın oğlu Avropa çempionu oldu
30.05.2022 [17:03]
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub. 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.