Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini əlaqələndirən yollar yenidən qurulur

31.05.2022 [14:18]

Xəbərin mətni

Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yolları əsaslı şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 36.2 kilometr, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.