Əlli ildən çox istismar olunan Vəlvələçay Hidroqovşağı əsaslı təmir edilib
01.06.2022 [12:12]
Vəlvələçay hidroqovşağı şimal rayonlarını suvarma suyu, Bakı və Abşeron yarımadasını isə içməli su ilə təmin edir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, şimal bölgəsində xüsusi əhəmiyyətə malik qurğulardan biri Vəlvələçay Hidroqovşağıdır. Hidroqovşaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir edilib. Qubanın Vəlvələ kəndində yerləşən qurğu 1968-ci ildə istismara verilib. Həmin dövrdə şimal rayonlarında kənd təsərrüfatı sahələrinin suvarılmasında ciddi çətinliklər mövcud idi. Bu problemin həllinə nail olmaq üçün Vəlvələçay üzərisində suayırıcı qovşaq inşa edilib.