Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Zooloji Parkında uşaqlar üçün şənlik təşkil edilib

01.06.2022 [14:54]

İyunun 1-də Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil edilib.AZƏRTAC xəbər verir ki, şənliyə 11 nömrəli xüsusi təhsil məktəbindən, 2 saylı internat məktəbindən, 1, 2 və 3 nömrəli uşaq evlərindən ümumilikdə 500-ə yaxın uşaq qoşulub.