İQTİSADİYYAT


Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrini icra edir. Onlardan biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur. Uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 6 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.