Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstanın uşaq musiqi müsabiqəsində Azərbaycan mahnısı ifa olunub

02.06.2022 [12:32]

Xəbərin mətni

Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq musiqi layihəsində Azərbaycan mahnısı təqdim olunub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, müsabiqənin iştirakçısı - 11 yaşlı Oto Bazeraşvili Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını ifa edib. Azərbaycan dilində ifanı münsiflər heyəti və tamaşaçılar alqışlarla qarşılayıblar. Münsiflər heyətinin üzvləri O.Bazeraşvilinin ifasını ən yüksək - 10 xalla qiymətləndiriblər.