İQTİSADİYYAT


Bakı Enerji Forumu başlayıb
Forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir

İyunun 2-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25-dən çox mövzusu daxildir. Plenar iclas “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.