Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah bəzi bölgələrdə 37, paytaxtda isə 34 dərəcə isti olacaq

02.06.2022 [15:12]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 29-34° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacaq.