MƏDƏNİYYƏT


Şamaxının türk dünyasının turizm paytaxtı seçilməsi yerli və xarici qonaqlara nə vəd edir?

Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət kimi dahilər yetişdirən Şamaxı türk dövlətlərinin turizm paytaxtı elan edilib. Tarixi və müasirliyi ilə vəhdət təşkil edən qədim şəhər hər zaman bura gələn qonaqların diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət beşiyi, ədiblər yurdu Şamaxının - türk dövlətlərinin turizm paytaxtı seçilməsi rayonda böyük sevinclə qarşılanıb.