Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək
03.06.2022 [10:45]
Xəbərin mətni
Bu gün futbol üzrə Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun birinci turunda Qazaxıstan seçməsinin qonağı olacaq.
Nur-Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüşü İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edəcək.