İQTİSADİYYAT


Paytaxtın Nizami rayonunda Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələri təmir olunur

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Məmmədəli Şərifli küçəsinin Şirin Mirzəyev küçəsindən Rizvan Teymurov küçəsinədək olan hissəsi əsaslı təmir edilir. Təmir olunan hissəsinin uzunluğu 880 metr, eni ortalama 10 metr təşkil edir.