Ankarada Mirzə Fətəli Axundzadənin yaradıcılığına həsr olunan konfrans çərçivəsində “Xəyalət” tamaşası oynanılıb
03.06.2022 [14:41]
Xəbərin mətni
Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, materialist filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə Ankarada “Türk dilinin varlığı üçün 10-cu türkoloji günü” mövzusunda konfrans və görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin böyük ədibə həsr etdiyi “Xəyalət” pyesinin tamaşası olub.AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.