SİYASƏT


Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib.Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Fərrux Hüseynov, Rəvan Məlikov, Elnur Abışov, Fərid Məmmədov və Murad Yunusovun xatirəsinə həsr olunan anım mərasimində Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.