İQTİSADİYYAT


Ağcabədi: əhalinin suvarma və içməli suya olan tələbatı ödənilir

Ağcabədi Suvarma Sistemləri İdarəsi rayon ərazisində 63000 hektar əkin sahəsinə xidmət edir. Hər il olduğu kimi, bu il də idarə tərəfindən meliorativ tədbirlər uğurla icra edilir. Cari ildə 12000 hektardan artıq pambıq sahəsində, 19000 hektardan çox taxıl sahəsində və 6322 hektar digər kənd təsərrüfat bitkiləri əkilən sahədə və 25630 hektar yonca sahəsində suvarma işləri aparılıb. İdarənin balansında olan nasoslarla 13000 hektar, öz axımı ilə 23290 hektar, 26710 hektar əkin sahəsi isə artezianlarla suvarılıb. Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub ki, artıq bu işlərin də böyük bir hissəsi arxada qalıb. Bununla da əhalinin suvarma və içməli suya olan təlabatı ödənilib.