İQTİSADİYYAT


Tovuzun Hunanlar kəndində yığılan yerkökü xarici bazarlara da göndərilir

Yerkökü qərb bölgəsində ən çox Tovuzun Hunanlar kəndində becərilir. Kəndin sakinləri illərdir ki, bu işlə məşğul olurlar. İstehsal etdikləri məhsul isə yerli bazarlarla yanaşı xaricə, xüsusən də Rusiya və Belarus bazarlarına göndərilir.