Xəzər rayonunda Qala-Şüvəlan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir
07.06.2022 [16:45]
Xəbərin mətni
2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qala-Pirallahı avtomobil yolunun 8-ci kilometrindən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5,2 kilometr, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.