İQTİSADİYYAT


50 min tona yaxın kartofun yarıdan çoxu xaricə göndərilib

Cəlilabadda açıq sahələrdə kartof yığımı davam edir. Bu günədək istehsal olunan məhsulun 30 min tonu Rusiya bazarlarına daşınıb.
AZƏRTAC xəbər verir ki, aprelin 25-dən açıq sahələrdə yığım davam edir. Şaxtalı, yağışlı keçən builki qış-yaz fəsli məhsulun əsas vegetasiya dövrünə də təsirsiz ötüşməyib. Lakin buna baxmayaraq, torpaqla nəfəs alan zəhmət adamlarının ciddi səyi nəticəsində aparılan yüksək aqrotexniki qulluq sahələrdə bolluq yaradıb.