Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saatlıda ilk dəfə mikrobioloji gübrə tətbiq edilir - şoran torpaqdan 50-60 sentner məhsul gözlənilir

09.06.2022 [13:46]

Xəbərin mətni

Saatlıda ilk dəfə olaraq mikrobioloji (biobaktereoloji) gübrələrdən istifadə etməklə əkinə yararsız torpaqlar münbitləşdirilərək yüksək məhsul yetişdirilib. Mikrobioloji gübrələrdən daha geniş sahələrdə istifadə edilməsi üçün tarla görüşü təşkil olunub. Qazanılan nəticələr alim, mütəxəssis və fermerlər tərəfindən birlikdə müzakirə edilib.