Türkiyə Prezidenti: Qardaş Azərbaycanla əməkdaşlıq içindəyik
09.06.2022 [15:48]
Xəbərin mətni
Türkiyə tarixindən və mədəniyyətindən qaynaqlanan məsuliyyətini yerinə yetirir. Qarabağda və işğal altındakı digər Azərbaycan torpaqlarda 2020-ci ilin sonlarında yaşanan hadisələr zamanı qardaşlarımızın yanında yer aldıq. Erməni tərəfinin təxribatları nəticəsində başlayan 44 günlük bir mübarizənin sonunda Azərbaycanın Zəfəri ilə nəticələnən Qələbə bölgədə 30 ildir davam edən işğala son qoydu.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlərin İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid sonuncu mərhələdə çıxışında ifadə edib.