İQTİSADİYYAT


Bu il 16 min 700 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub

Son iki-üç il ərzində özünüməşğulluq proqramına cəlb olunanların sayında artım müşahidə olunur.AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.Agentliyin sədrinin sözlərinə görə, 2020-ci ildə 12 min, 2021-ci ildə 16 min 232 nəfər həmin prosesə cəlb olunub. Bu il isə 16 min 700 nəfərin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub.