CƏMİYYƏT


Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər layihələrə Mobil Müşahidə Sistemləri quraşdırılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Agentlikdə yeni informasiya texnologiyalarının idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq olunması ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu yaxınlarda agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmini məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır