Azərbaycan Dövlət İnformasiya Agentliyi

Formula 1 Azərbaycan Qran-Prisinin kuboku Şuşanın 270-ci ildönümünə həsr olunub

12.06.2022 [12:03]

Xəbərin mətni

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi qaliblərinə təqdim olunacaq kubok fərqli dizaynı ilə seçilir.
AZƏRTAC xəbər verir ki, zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və “Şuşa İli” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.